MAQATE: “İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik”

MAQATE: “İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik”
28.02.2026 04:30 Dünya

İranın nüvə fəaliyyətlərini və həmin obyektlərdəki uran ehtiyatının həcmini dayandırıb-dayandırmadığını yoxlamaq mümkün olmayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) məlumat yayıb. 

Hesabatda bildirilib ki, ABŞ və İsrailin hücumlarından bəri İran MAQATE-nin bu nüvə obyektlərinə girişinə icazə verməyib. Buna görə də, İranın uran zənginləşdirmə fəaliyyətlərini dayandırıb-dayandırmadığı və ya zənginləşdirilmiş uran ehtiyatının hazırkı ölçüsü, tərkibi və yeri ilə bağlı heç bir məlumat paylaşıla bilməz.  

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər