Malayziya kralı Rusiyaya gedəcək

Malayziya kralı Rusiyaya gedəcək
16.07.2025 09:30 Dünya

Malayziyanın kralı Sultan İbrahim İsgəndər avqust ayında Rusiyaya rəsmi dövlət səfəri edəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə "The Star" məlumat yayıb.

Səfərlə bağlı məlumat rəsmi kral iqamətgahı olan İstana Neqara sarayında keçirilən brifinqdə verilib. Tədbirdə Rusiyanın Malayziyadakı səfiri Nail Latipov da iştirak edib.

Qeyd edək ki, Malayziya federal monarxiyadır və kral beş il müddətinə doqquz ştatın rəhbərləri tərəfindən seçilir. Hazırkı kral Sultan İbrahim İsgəndər 2024-cü ildən bu vəzifəni icra edir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər