Makron: “Aİ Rusiyanın ballistik raketlərinin hədəf zonasında qalır”

Makron: “Aİ Rusiyanın ballistik raketlərinin hədəf zonasında qalır”
25.11.2025 11:14 Dünya

Fransa Prezidenti Emmanuel Makron respublikanın və digər Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyanın ballistik raketlərinin zərbə mənzili daxilində olmasından narahatlığını ifadə edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "RTL" radiosuna müsahibəsində deyib.

"Rusiya sualtı qayıqlar, raketlər və tanklar istehsal edir və bunları hazırda Ukrayna cəbhəsinə göndərir, lakin gələcəkdə Avropaya da təhdid yarada bilər. Avropa bu silahların hədəf zonasındadır. Xüsusən qitələrarası ballistik raketlər bütün Aİ üçün risk yaradır", - deyə o bildirib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər