Madaqaskar parlamenti Prezident Rajoelinanın istefasına səs verdi

Madaqaskar parlamenti Prezident Rajoelinanın istefasına səs verdi
14.10.2025 17:44 Dünya

Madaqaskar Milli Assambleyası Prezident Andri Rajoelinanın hakimiyyətdən uzaqlaşdırılmasını dəstəkləyib.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, məlumata əsasən, 151 deputatdan 131-i iclasda iştirak edib və onlardan 130-u, o cümlədən hakim partiyanın üzvləri, prezidentin istefasına səs verib.

Rajoelina daha əvvəl parlamenti buraxmağa cəhd etmiş, lakin bu qərar qanunsuz sayılmışdı. O, təhlükəsizlik səbəbindən ölkəni tərk etdiyini təsdiqləyib, hazırda harada olduğu bilinmir.

Xatırladaq ki, sentyabrda ölkədə su və elektrik kəsintilərinə etiraz olaraq etiraz aksiyaları baş qaldırmışdı.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər