Macarıstan və Serbiya yeni neft kəməri inşa edir

Macarıstan və Serbiya yeni neft kəməri inşa edir
27.02.2026 21:30 Dünya

Macarıstan və Serbiya hazırda iki ölkə arasında tikilməkdə olan neft kəmərinə əlavə olaraq, neft məhsullarının istehsalı üçün kəmər inşa edəcəklər. 

TodayPress TV xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumat verib. 

Onun sözlərinə görə, hər iki layihə 2027-2028-ci illərdə başa çatacaq.  

“Bu neft kəməri benzin və dizel yanacağı istehsalı üçün yarımfabrikatlar olan neft məhsullarını mümkün qədər tez nəql etməyə imkan verəcək. Eyni zamanda, həm Macarıstana, həm də Serbiyaya dizel və benzin tədarükünün etibarlılığını artıracaq”, - deyə nazir qeyd edib. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər