Lyayenə qarşı etimadsızlıq səsverməsinin tarixi açıqlandı
Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayenə qarşı etimadsızlıq səsverməsi iyulun 10-da baş tutacaq.
TodayPress TV xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Bildirilir ki, son on ildə ilk dəfədir ki, Avropa Komissiyası rəhbəri belə bir prosedurla üzləşir.
Qeyd edək ki, etimadsızlıq təşəbbüsü ifrat sağçı qüvvələr tərəfindən irəli sürülüb. Lakin məlumata görə, Avropa Parlamentindəki əksər siyasi qruplar artıq bu təşəbbüsə qarşı çıxacaqlarını bildiriblər.
Səsvermənin nəticəsi Ursula fon der Lyayenin ikinci dəfə Avropa Komissiyasına rəhbərlik etmək üçün namizədliyinə təsir etməsə də, onun siyasi dayaqlarının nə dərəcədə möhkəm olduğunu göstərəcək.
Türkan İsgəndərli