Luvr Muzeyinin direktoru istefa verdi
Dünya
25.02.2026 04:30
Fransada son aylarda qalmaqallarla gündəmə gələn Luvr Muzeyinin direktoru Laurens de Kars vəzifəsindən istefa verib.
TodayPress TV xəbər verir ki, bu barədə Yelisey Sarayının açıqlamasında bildirilib.
Məlumata görə, sabiq direktor istefa məktubunu Fransa Prezidenti Emmanuel Makrona təqdim edib. Makron istefanı qəbul edib və muzeyin sakitliyə ehtiyac duyduğu bir dövrdə bu addımı məsuliyyətli qərar kimi qiymətləndirib.
Son aylarda tarixi eksponatların oğurlanması, işçi tətilləri və su sızması problemləri ilə gündəmə gələn Luvr Muzeyinin daha təhlükəsiz və müasir idarəetməyə ehtiyac duyduğu vurğulanıb.
Eyni zamanda bildirilib ki, Makron sabiq direktora Fransanın G7 sədrliyi çərçivəsində üzv ölkələrin aparıcı muzeyləri arasında əməkdaşlığı inkişaf etdirməyi tapşırıb.
Aysel Mətləb
tag: Luvr,Direktor,İstefa,Laurens,Todaypress.tv,
