Lukaşenko alimlərə tapşırıq verdi

Lukaşenko alimlərə tapşırıq verdi
13.11.2025 18:31 Dünya

Belarus Prezidenti Aleksandr Lukaşenko alimlərə iqtisadiyyatın tələblərinə cavab verən ixtiralar yaratmağı tapşırıb.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, o, Milli Elmlər Akademiyasının sədri Vladimir Karaniklə görüşdə bildirib ki, elmi işlər real nəticə verməlidir və bu sahədə məsuliyyət alimlərin üzərinə düşür. Lukaşenko qeyd edib ki, uğurlu ixtiralar dövlət mükafatları və maddi stimullaşdırma ilə qiymətləndiriləcək.

Prezidentin sözlərinə görə, elm praktikadan bir addım öndə olmalı və nəticəyə yönəlməlidir. O əlavə edib ki, real nailiyyətlər əldə edildiyi halda alimlərin əməkhaqqı da artırılacaq.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər