Lukaşenko 16 nəfəri əfv etdi

Lukaşenko 16 nəfəri əfv etdi
02.07.2025 12:27 Dünya

Belarus prezidenti Aleksandr Lukaşenko müxtəlif cinayətlər, o cümlədən ekstremist xarakterli əməllərə görə məhkum olunan 16 nəfəri əfv edib. 

TodayPress TV xəbər verir ki, bu barədə dövlət başçısına yaxın “Pool of the First” məlumat yayıb.

Məlumata görə, əfv edilənlər arasında 8 qadın və 8 kişi var. Onlardan 3 nəfəri 50 yaşdan yuxarı, 2 nəfərin xroniki xəstəliyi, bir nəfərin isə əlilliyi, 9 nəfərin azyaşlı uşaqları olduğu bildirilir.

Əfv olunanların hamısının peşmanlıq ifadə etdiyi və gələcəkdə qanun pozuntularına yol verməmək öhdəliyi götürdüyü vurğulanıb.

Rəsmi mənbələrin məlumatına görə, Lukaşenko bu şəxsləri insani amilləri nəzərə alaraq bağışlayıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər