Londonda iqlim konfransı anomal istiyə görə ləğv edildi

Londonda iqlim konfransı anomal istiyə görə ləğv edildi
28.06.2026 02:00 Dünya

Avropada anomal istilər hökm sürür və yeddi ölkədə yüksək temperatur səbəbindən sarı təhlükə səviyyəsi elan olunub.

TodayPress TV xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Londonda bu cür hava şəraiti ekstremal istilərlə mübarizəyə həsr olunmuş tədbirin ləğv edilməsinə səbəb olub.

Söhbət London İqtisadiyyat Məktəbi kitabxanasında İqlim Dəyişikliyi ilə Mübarizə Həftəsi çərçivəsində keçirilməsi planlaşdırılan tədbirdən gedir. Tədbir meteorologiya xidmətinin əlverişsiz hava şəraiti ilə bağlı "qırmızı" xəbərdarlıq yaymasından sonra ləğv edilib.

Konfransın təşkilatçıları bildiriblər ki, universitet binası Londondakı əksər binalarda olduğu kimi sərinlətmə sistemləri ilə təchiz olunmayıb. Buna görə də konfransın keçirilməsi təhlükəli hesab edilib.

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUN 2026
Bütün Xəbərlər