Livanın cənubunda TƏXLİYƏ əmri verildi: Evləri dərhal tərk edin!

Livanın cənubunda TƏXLİYƏ əmri verildi: Evləri dərhal tərk edin!
26.05.2026 22:30 Dünya

İsrail ordusu Livanın cənubundakı səkkiz şəhər və kəndin sakinləri üçün məcburi köçürülmə əmri imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə hərbi ekspert Aviçay Adrai "X" sosial şəbəkəsindəki paylaşımında danışıb.

O, Xirbet Səlm, Bir əs-Sənasil, Qabrixa, Məcdəl Səlm, Qalaviyə, Kfar Dunin, Tulin və Savana sakinlərinə müraciət edərək, evlərini "dərhal" tərk etməyə çağırıb. O, bu addımı "Hizbullah"ın ötən ay əldə olunmuş və bu yaxınlarda müddəti uzadılmış atəşkəs razılaşmasını pozması ilə əsaslandırıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər