Livanda ölənlərin son sayı AÇIQLANDI

Livanda ölənlərin son sayı AÇIQLANDI
26.05.2026 20:00 Dünya

İsrail Müdafiə Ordusunun Livanın cənub-qərbinə endirdiyi aviazərbələr nəticəsində sutka ərzində 28 nəfər ölüb, 104 nəfər isə yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Martın 2-də hərbi eskalasiya başlayandan bəri həlak olan vətəndaşların ümumi sayı 3 213-ə, yaralıların sayı isə 9 737-yə çatıb", - deyə nazirlikdən bildirilib.

Qeyd olunur ki, günün ikinci yarısında Nəbatiyyə vilayəti və Bekaa vadisindəki yaşayış məntəqələri intensiv bombardmanlara məruz qalıb. "Xilasedici qruplar bir sıra yerlərdə dağıntıların təmizlənməsini davam etdirir, qurbanların və zərərçəkənlərin sayı arta bilər", - məlumatda vurğulanıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər