Litva-Belarus sərhədi yaxınlığında uçuşlar bu tarixə qədər bağlandı

Litva-Belarus sərhədi yaxınlığında uçuşlar bu tarixə qədər bağlandı
25.06.2026 19:50 Dünya

Litva Nəqliyyat və Rabitə naziri Yuras Taminskas cari ilin sonunadək Litva-Belarus sərhədi yaxınlığında uçuşlara qadağa qoyub.

TodayPress TV xəbər verir ki, bu barədə Litva Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Litva-Belarus sərhədi boyunca hava məkanında uçuşların məhdudlaşdırılması 1 yanvar 2027-ci il tarixinədək müəyyən edilib.

Uçuşlara qadağa qoyulmasının məqsədləri kimi Litva hava məkanının mühafizəsinin təmin edilməsi və hərbçilərin hava məkanının mümkün pozulmalarına operativ reaksiya verməsi üçün şəraitin yaradılması göstərilib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər