Litva Belarus səfirinə nota verdi

Dünya

25.11.2025 17:33

Litvanın Xarici İşlər Nazirliyi Belarus səfirliyinin nümayəndəsini çağıraraq ona etiraz notası təqdim edib. Səbəb Belarus ərazisindən Litvanın hava məkanının pozulması və hibrid hücumların təkrarlanmasıdır.

TodayPress TV xəbər verir ki, bu barədə Litva Höküməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 20-də və 23-24-də baş vermiş hadisələr zamanı Belarusdan gələn hava obyektləri Vilnüs Beynəlxalq Hava Limanının fəaliyyətini müvəqqəti dayandırmağa səbəb olub. Bu hallar ölkənin milli təhlükəsizliyinə və mülki aviasiyaya təhdid kimi qiymətləndirilib.

Litva Belarusa belə pozuntuların qarşısını almaq üçün təcili tədbirlər görməyi tövsiyə edib. Həmçinin Aİ ölkələrində qeydiyyatdan keçmiş yük maşınlarının Belarus ərazisində saxlanılması və Litvaya buraxılmaması məsələsinin həllini tələb edib.

Nazirlik xəbərdarlıq edib ki, vəziyyət düzəlməsə, Litva sərhəd məhdudiyyətlərini bərpa etmək və əlavə cavab tədbirləri tətbiq etmək hüququnu saxlayır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Litva,Belarus,Nota,Hava,Todaypress.tv,