Le Pen prezidentliyinə namizəd olmaq istəyir

Le Pen prezidentliyinə namizəd olmaq istəyir
16.09.2025 17:30 Dünya

Fransanın ifrat sağçı Milli Ralli partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edə biləcəyinə ümid etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "BFM" telekanalı məlumat yayıb.

Le Pen əlavə edib ki, günahsız olduğunu sübut etmək niyyətindədir.

Xatırladaq ki, martın 31-də Marin Le Pen 4 il müddətinə azadlıqdan məhrum edilib və 5 il ərzində dövlət vəzifələrinə namizədliyini irəli sürmək hüququndan məhrum olunub. O, həbs cəzasını həbsxanada deyil, evdə elektron qolbaqla çəkəcək.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər