Lavrov və Van İnin müzakirə etdiyi məsələlər açıqlandı
Rusiyanın və Çinin xarici işlər nazirləri Sergey Lavrov və Van İ Pekində görüşərək Ukrayna müharibəsini və iki ölkənin maraqlarına toxunan məsələləri müzakirə ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər BMT Nizamnaməsinə uyğun həll yollarını, eləcə də ABŞ ilə münasibətləri, İran-İsrail qarşıdurmasını və Koreya yarımadasındakı vəziyyəti dəyərləndiriblər.
Nazirlər Rusiya-Çin əməkdaşlığının müsbət inkişafından məmnun qaldıqlarını bildiriblər. Görüş çay süfrəsi və işgüzar nahar formatında baş tutub.
Qiymət Mahir