Lavrov Şimali Koreyaya səfər etdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyaya səfər edib.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Bildirilib ki, Lavrov səfərdə Şimali Koreyanın xarici işlər naziri Çoi Son Xi ilə danışıqlar aparacaq.
Danışıqların gündəliyi barədə hələlik məlumat yoxdur.
Lavrovun səfəri iyulun 13-dək davam edəcəyi gözlənilir.
Aynur TAC