Latviya və Litva Rusiyaya taxıl tranzitini dayandıra bilər

Latviya və Litva Rusiyaya taxıl tranzitini dayandıra bilər
05.09.2026 12:03 Dünya

Latviya və Litva Rusiya taxılının öz limanları vasitəsilə tranzitinin dayandırılmasını nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, “Reuters”in məlumatına görə, Ukraynanın pilotsuz uçuş aparatlarının hücumlarından sonra Rusiya taxıl ixracının bir hissəsini Baltikyanı ölkələrin limanlarına yönləndirməyə başlayıb.

Təchizatın oktyabr ayında kəskin artacağı gözlənilir.

Latviya hökuməti Rusiya taxılının ölkə limanlarından tranzitinə tam qadağa qoyulması məsələsini müzakirə etməyə hazırlaşır.

Litva isə hələlik konkret məhdudiyyət açıqlamayıb. Ölkənin Baş naziri Sinkyaviçyus bildirib ki, Litva infrastrukturundan istifadə etməklə Rusiya taxılının ixracı ölkənin dəyərlərinə ziddir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
05 SENTYABR 2026
Bütün Xəbərlər