KXDR-in yeni raket sistemi qərbi narahat etdi
Oktyabrın 10-u Pxenyanda keçirilən paradda nümayiş etdirilən Koreya Xalq Demokratik Respublikasının (KXDR) yeni yaylım atəşli reaktiv sistemi ölkənin Qərb texnologiyalarını surət çıxarma qabiliyyətini göstərir.
TodayPress TV xəbər verir ki, bu barədə “Army Recognition” nəşri yazıb.
Bu qurğu xarici görünüşcə ABŞ-nin “HIMARS” reaktiv sistemi ilə oxşardır.
Qeyd olunub ki, Pxenyanın bu yeni sistemini nümayiş etdirməsi ölkənin Qərb artilleriyasının hərəkətliliyi və dəqiqliyini surət çıxarma bacarığını artırması səbəbilə Qərbdə narahatlıq yaradıb.
Aysel Mətləb