Kremldən yeni qanun: Orduda xidmət edən əcnəbilər deportasiya edilməyəcək
Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrində xidmət etmiş və ya hazırda xidmət edən əcnəbilərin deportasiya olunmasını qadağan edən qanunu imzalayıb.
TodayPress TV xəbər verir ki, qanunvericiliyə əsasən, həmin şəxslər deportasiyadan qorunur və onların mövcud müvəqqəti yaşayış icazələri, daimi yaşayış icazələri və ya iş vizalarının ləğv edilməsinə, yaxud onlara bu sənədlərin verilməsindən imtina olunmasına yol verilmir.
Həmçin 24 fevral 2022-ci ildən bəri Rusiya ordusunda müqavilə ilə xidmət etmiş əcnəbilərin deportasiyası, ölkədə qalma müddətinin qısaldılması, yaxud sənədlərinin rədd edilməsi və ləğvi ilə bağlı qəbul edilmiş bütün qərarlar etibarsız hesab olunur.