Kreml Trampa təşəkkür etdi

Kreml Trampa təşəkkür etdi
01.07.2025 14:26 Dünya

Rusiya ABŞ administrasiyasının və prezident Donald Trampın Ukrayna münaqişəsinin həlli istiqamətindəki səylərinə görə təşəkkürünü bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov "TASS" agentliyinə açıqlamasında danışıb.

“Şübhəsiz ki, biz ABŞ və Trampın komandasının Ukraynadakı vəziyyətin nizamlanması üçün göstərdiyi səyləri təqdir edirik", – deyə Peskov bildirib.

Rusiya tərəfi daha əvvəl də beynəlxalq vasitəçilik təşəbbüslərinə açıq olduğunu bəyan etmişdi. ABŞ-nin bu yöndə atdığı addımların və danışıqlara dəstək cəhdlərinin Moskva tərəfindən diqqətlə izlənildiyi vurğulanır.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər