Kreml: Putin və Trampın görüşü vacibdir

Kreml: Putin və Trampın görüşü vacibdir
04.07.2025 14:46 Dünya

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşün keçirilməsi zəruri hesab olunur, lakin bu görüş ciddi şəkildə hazırlanmalıdır.

TodayPress TV xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

O, prezidentlərin mümkün görüşü ilə bağlı verilən sualı cavablandırarkən vurğulayıb ki, bu məsələ artıq dəfələrlə gündəmə gəlib və hər iki liderin bu barədə mövqeyi ortaqdır.

“Bu cür görüşün keçirilməsi vacibdir, belə bir anlayış var. Zərurət yaranacağı halda, həm prezident Putin, həm də prezident Tramp belə görüşə hazır olduqlarını bildiriblər. Amma bu görüş olduqca yaxşı hazırlanmalıdır”, – deyə Peskov qeyd edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər