Kreml: Mertsin sərt mövqeyi nəzərə alınır

Kreml: Mertsin sərt mövqeyi nəzərə alınır
11.07.2025 18:11 Dünya

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bəyan edib ki, Almaniya kansleri Fridrix Mertsin Rusiya ilə bağlı konfrantasiyalı siyasəti Moskvanın xarici siyasət qərarlarına birbaşa təsir edir.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, Peskov “Merts Rusiya ilə hər sahədə qarşıdurmanı müdafiə edən qətiyyətli şəxsdir” deyərək onun Avropanı aqressiv şəkildə səfərbər etməyə çalışdığını vurğulayıb.

Qeyd edək ki, Merts Romada keçirilən Ukraynanın bərpası üzrə konfransda çıxışı zamanı Moskvaya ünvanladığı ismarıcda “Biz təslim olmayacağıq” demiş, həmçinin Rusiyanın Ukraynaya 500 milyard avro təzminat ödəməli olduğunu bildirmişdi.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər