Konqondakı münaqişənin dayandırılması ilə bağlı ilkin razılaşma əldə edildi
Konqo Demokratik Respublikasının (KDR) hökumət nümayəndələri ilə “Konqo Çayı Alyansı”na (ARÇ) daxil olan “23 Mart Hərəkatı” (M23) üsyançı qruplaşmasının nümayəndələri Qətərin paytaxtı Dohada ölkənin şərqindəki münaqişənin dayandırılmasına dair prinsiplər haqqında deklarasiya imzalayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.
Sənəd tərəflərin dərhal atəşkəsə getməsini və əhatəli sülh sazişinə nail olmaq üçün danışıqlara başlamaq öhdəliyini əhatə edir.
Bu təşəbbüs, uzun illərdir KDR-nin şərq bölgələrində davam edən silahlı qarşıdurmaları sona çatdırmaq və bölgədə sabitliyi bərpa etmək məqsədi daşıyır.
Töhfə Səməd