Kiyevə dron hücumu: Şəhərdə yanğınlar başladı
Ukraynanın paytaxtı Kiyevdə baş verən dron hücumundan sonra şəhərin bir neçə rayonunda dağıntı və yanğın qeydə alınıb.
TodayPress TV yerli mediaya istinadla xəbər verir ki, Solomenski rayonunda dron qalıqları yaşayış binalarının arasındakı əraziyə düşüb.
Eyni rayonda nəqliyyat müəssisəsinin ərazisində də yanğın baş verib.
Qolosiyivski rayonunda isə zərbə nəticəsində anbarlarda yanğın başlayıb.
Bundan əlavə, təhlükənin davam etməsi səbəbindən "Kyiv City Express" qatarlarının hər iki istiqamətdə hərəkəti müvəqqəti dayandırılıb.
Türkan İsgəndərli