"Turkish Airlines"da illərdir qüvvədə olan qadağa ləğv edildi

"Turkish Airlines"da illərdir qüvvədə olan qadağa ləğv edildi
23.09.2026 06:10 Dünya

Türkiyənin milli aviadaşıyıcısı “Turkish Airlines” kabin və uçuş heyəti üzvləri üçün onilliklərdir qüvvədə olan saqqal qadağasını ləğv edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Sözcü” məlumat yayıb.

Məlumata görə, dəyişikliklər aviaşirkətin ekipaj üzvlərinin xarici görünüşünü, formasını və şəxsi baxım qaydalarını tənzimləyən daxili qaydalara daxil edilib.

Yeni qaydalara əsasən, ekipaj üzvlərinə uzunluğu 15 millimetrdən çox olmayan saqqal saxlamağa icazə verilir. Saqqal daim səliqəli görünməlidir. İcazə verilən variantlar arasında təbii və baxımlı saqqal, bığla birlikdə saqqal, eləcə də qısa və səliqəli kəsilmiş saqqal yer alır.

Aysel Mətləb

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər