Ovda DƏHŞƏTLİ HADİSƏ: Kölgəyə atəş açdı, yoldaşını vurub öldürdü

Ovda DƏHŞƏTLİ HADİSƏ: Kölgəyə atəş açdı, yoldaşını vurub öldürdü
23.09.2026 07:00 Dünya

Rusiyanın Kirov vilayətinin Luzski rayonunda ov zamanı 49 yaşlı kişi ehtiyatsızlıqdan silahdan açılan atəş nəticəsində həyatını itirib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin vilayət üzrə İstintaq İdarəsi məlumat yayıb.

İki kişi yaxşı tanıdıqları ov ərazisinə gediblər. İstintaqın ilkin versiyasına görə, 49 yaşlı ovçu təhlükəsizlik qaydalarına əməl etməyərək zəif görünən hədəfə doğru karabindən atəş açıb.

Atəş nəticəsində onun ov yoldaşı sinəsindən yaralanıb. Yaralı hadisə yerində ölüb.

İstintaq əməkdaşları hadisə yerinə baxış keçirib, şahidləri dindirib, karabin, patronlar və gilizləri götürüblər. Hadisə ilə bağlı məhkəmə ekspertizaları təyin edilib və cinayət işi başlanıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər