Makron Qəzza məsələsində susanlara səsləndi: “Bu, utancvericidir”
Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı Fələstinin tanınması və Qəzzadakı vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.
TodayPress TV xəbər verir ki, Makron bildirib ki, bir il əvvəl məhz həmin zalda çoxsaylı dövlət Fələstini tanıyıb. O, bəzi ölkələrin bu məsələyə skeptik yanaşdığını başa düşdüyünü qeyd edib.
“Fələstini kağız üzərində tanıdınız. Reallığa baxın. Qəzza məsələsində hərəkətsiz qalsaq, bizim nüfuzumuzun nə dəyəri olacaq?” - deyə Fransa Prezidenti bildirib.
Makron bəzi şəxslərin sülhün əldə edildiyini iddia etdiyini, lakin bunun humanitar yardımların Qəzzaya çatdırılmasına yol açmadığını vurğulayıb.
“Bu, utancvericidir”, - deyə Makron əlavə edib.
Kübra Musayeva