İrandan ABŞ-yə XƏBƏRDARLIQ: “Hollivud filmi çəkməyəcəyik, cavabı meydanda verəcəyik”

İrandan ABŞ-yə XƏBƏRDARLIQ: “Hollivud filmi çəkməyəcəyik, cavabı meydanda verəcəyik”
23.09.2026 00:08 Dünya

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb.

TodayPress TV bu barədə xarici mediaya istinadla xəbər verir.

İran İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) bildirilib ki, ABŞ istənilən vaxt İrana hücum etmək qərarına gəlsə, ölkə bütün imkanları ilə müdafiə olunacaq.

SEPAH nümayəndəsi qeyd edib ki, ABŞ-nin “Pikaks dağı və ya başqa bir yerə” hücum etməsi halında İranın necə cavab verəcəyi hərbi məsələdir və hərbi sirlər əvvəlcədən açıqlana bilməz.

“Biz heç vaxt Hollivud üslubunda təbliğatla məşğul olmayacağıq. Cavabımızı döyüş meydanında, əməllərimizlə göstərəcəyik”, - deyə SEPAH-dan bildirilib.

Kübra Musayeva

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər