KİV: Trampla Zelenski arasında danışıq baş tuta bilər

KİV: Trampla Zelenski arasında danışıq baş tuta bilər
03.07.2025 10:03 Dünya

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında yaxın günlərdə telefon danışığı baş tutacaq. 

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Məlumata görə, ABŞ hazırda Kiyevdə Ukraynanı yardımın dayandırılması barədə rəsmi şəkildə məlumatlandırır. Tramp və Zelenski arasında telefon danışığı çox yaxın vaxtlarda təşkil olunacaq.

ABŞ-nin bu addımı yardımın tam dayandırılması kimi deyil, müvəqqəti fasilə kimi qiymətləndirilir. Vaşinqton hələ də Ukraynaya hərbi dəstəyin alternativ yollarını araşdırır.

"Politico" qeyd edir ki, Kiyev yardımın dayandırılması barədə əvvəlcədən xəbərdar edilməyib, bu da Ukrayna tərəfi üçün müəyyən narahatlıq yaradıb.

Xatırladaq ki, iyulun 2-də ABŞ Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri, zenit raketləri, dəqiq idarə olunan sursatlar və 155 mm-lik mərmilərin göndərilməsini dayandırıb. 

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər