KİV: Trampın Rusiyaya qarşı səbri tükəndi

KİV: Trampın Rusiyaya qarşı səbri tükəndi
16.07.2025 11:56 Dünya

ABŞ prezidenti Donald Tramp Ukraynaya edilən hava hücumlarının görüntülərini izlədikdən sonra Rusiya ilə bağlı səbrini itirib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp bunu Almaniya kansleri Fridrix Mertslə telefon danışığı zamanı bildirib.

Qeyd olunur ki, Merts də anlayıb ki, Tramp artıq Rusiya prezidenti Vladimir Putinlə səbirli davranmaq niyyətində deyil.

Tramp həmçinin bildirib ki, Ukrayna üçün Amerika silahları almaq məqsədilə alman fondlarından istifadə edilməsinə artıq razıdır. Bu, Mertsin bir neçə gün əvvəl verdiyi təklif idi.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər