KİV: Ermənistan ABŞ hesabına Rusiyadan asılılığı azaltmağı planlaşdırır

Dünya

12.02.2026 23:10

Ermənistan ABŞ-dən 13 milyard dollardan artıq investisiya cəlb etməyə hazırlaşır. 

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. 

Bildirilib ki, nəzərdə tutulan vəsait ölkə iqtisadiyyatının illik həcminin demək olar ki, yarısına bərabərdir. 

Məlumata görə, belə böyük həcmdə kapital axını Rusiyadan əhəmiyyətli dərəcədə asılı olan Ermənistanın iqtisadi vəziyyətinə ciddi təsir göstərə bilər. Təşəbbüs İrəvanın xarici iqtisadi əlaqələri şaxələndirmək və bir əsas tərəfdaşdan asılılığı azaltmaq istəyi fonunda nəzərdən keçirilir. 

Nəşrin qeyd etdiyinə görə, ekspertlər mümkün investisiyaları ölkənin iqtisadi dayanıqlığını gücləndirməyə və beynəlxalq əməkdaşlığın genişləndirilməsi hesabına artımı stimullaşdırmağa yönəlmiş strateji addım kimi qiymətləndirirlər. 

Aysel Mətləb

TodayPress TV

tag: Ermənistan,ABŞ,Rusiya,İqtisadiyyat,Todaypress.tv,