Kelloq Kiyevə rəsmi səfərə getdi
ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq rəsmi səfərlə Kiyevə gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
Səfərin detalları və gündəliyi barədə hələlik rəsmi açıqlama verilməyib. Lakin bu səfər, ABŞ-Ukrayna münasibətləri və davam edən müharibə fonunda Vaşinqtonun Kiyevə dəstəyinin davam etdiyini göstərən mühüm siqnal kimi qiymətləndirilir.
Türkan İsgəndərli