Kanye Uestin Putinlə görüşmək arzusunda olduğu məlum oldu

Kanye Uestin Putinlə görüşmək arzusunda olduğu məlum oldu
18.08.2026 07:30 Dünya

Amerikalı reper Kanye Uest Rusiya Prezidenti Vladimir Putinlə görüşmək arzusunu ifadə edib.

TodayPress TV xəbər verir ki, bu barədə konsert agentliyi "Say Agency"nin baş direktoru Anna Subçeva "RİA"ya bildirib.

“Hazırda onun kiminlə görüşəcəyini demək çətindir, lakin cənab Uestin çoxdankı arzusu Prezident Vladimir Putinlə görüşməkdir. O, artıq bir neçə ildir ki, ona rəğbət bəslədiyini bildirir”, - deyə təşkilatçı əlavə edib.

Həmçinin məlum olub ki, Kanye Uest dünya turu çərçivəsində Rusiyada iki konsert verəcək.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər