Kanada Ukraynaya milyardlarla dollarlıq yardım ayırır

Dünya

24.02.2026 23:25

Kanada Ukraynaya təxminən 2 milyard dollar həcmində hərbi yardım göstərəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni Ukrayna-Rusiya müharibəsinin dördüncü ildönümü ilə bağlı açıqlamasında danışıb. 

O bildirib ki, ayrılan vəsait Kiyev rəhbərliyinə daha dayanıqlı ordu qurmaqda kömək edəcək. Baş nazir əlavə edib ki, Rusiyanın hücumları nəticəsində zərər görmüş infrastrukturun bərpası üçün əlavə 20 milyon dollar da ayrılıb. 

Karni qeyd edib ki, Kanada 2022-ci ildən bəri Ukraynaya ümumilikdə 25,5 milyard dollardan çox yardım göstərib və bunun 13 milyard dollardan artıq hissəsi birbaşa maliyyə dəstəyi olub. 

O vurğulayıb ki, Ottava Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edərək müharibənin maliyyə dəstəkçilərini hədəf alacaq və Rusiya xam nefti üçün müəyyən edilmiş qiyməti daha da aşağı salacaq.

Aysel Mətləb

TodayPress TV

tag: Mark Karni,Kanada,Ukrayna,Yardım,Todaypress.tv,