Kanada Rusiya ilə əlaqəli gəmilərə qarşı əlavə sanksiyalar tətbiq etdi
Dünya
26.03.2026 21:40
Kanada Rusiya ilə əlaqəli 100 gəmiyə əlavə sanksiyalar tətbiq edib.
TodayPress TV xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Rusiyanın sanksiyalardan yayınmasına qarşı mübarizə səylərini daha da gücləndirmək üçün Kanada sanksiya siyahısına Rusiyanın kölgə donanmasından əlavə 100 gəmi əlavə edir", - deyə Nazirliyin açıqlamasında bildirilib.
Sənəddə qeyd olunub ki, Rusiya Ukraynadakı hərbi əməliyyatlarını maliyyələşdirmək üçün neft və qaz gəlirlərinə etibar etməyə davam edir və sanksiya tətbiq edilən malları, o cümlədən xam nefti dünya ölkələrinə daşımaq üçün əsasən neft tankerlərindən ibarət gəmilər və dəstək təşkilatları şəbəkəsindən istifadə edir.
"Bu sanksiyalar Rusiyanın hərbi əməliyyatları maliyyələşdirmək qabiliyyətini məhdudlaşdırmaqla yanaşı, adi insanlara lazımsız zərər vurmamaq məqsədi daşıyır".
Aysel Mətləb
tag: Kanada,Rusiya,Gəmi,Sanksiya,TodayPress TV,
