Kanada Kubaya humanitar yardım ayıracaq

Kanada Kubaya humanitar yardım ayıracaq
26.02.2026 06:00 Dünya

Kanada Kubaya 5,85 milyon ABŞ dolları məbləğində humanitar yardım göstərəcək.

TodayPress TV xəbər verir ki, məbləğ ərzaq alınması üçün istifadə olunacaq.

Məlumata görə, məbləğ Ümumdünya Ərzaq Proqramı və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu vasitəsilə ayrılacaq və həmin qurumlar yardımın birbaşa ehtiyacı olanlara çatdıracaq.

Kanadanın xarici işlər naziri Anita Anand bildirib ki, Kanadanın xarici siyasəti humanitar vəziyyətə yönəlib.

Aynur TAC

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər