Kamçatkada yenidən güclü zəlzələ baş verdi
Kamçatka sahillərində 6 bal gücündə zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Bildirilib ki, zəlzələ rayon mərkəzindən 234 km aralıda, 64,8 km dərinlikdə baş verib.
Xatırladaq ki, avqustun 4-də Kamçatka sahillərində 5,7 bal gücündə yeraltı təkan qeydə alınmışdı.
Aynur TAC