Kallas: "Yaxın Şərqdəki vəziyyət diqqəti Ukraynadan yayındırmamalıdır"

Dünya

26.03.2026 22:55

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Yaxın Şərqdəki vəziyyətin Rusiya və Ukrayna arasındakı münaqişə ilə əlaqəli olduğunu qeyd edib.

TodayPress TV xəbər verir ki, bu barədə Kallas özünün "X" sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, "Böyük yeddilik" (G7) ölkələrinin xarici işlər nazirlərinin qarşıdakı görüşündə nəinki Yaxın Şərqdə deeskalasiya yolları, həmçinin Ukraynadakı vəziyyət də müzakirə olunacaq:

"Yaxın Şərqdəki və Ukraynadakı müharibələr bir-biri ilə sıx bağlıdır. Müharibənin nəticələri bütün dünyada kəskin hiss olunduğu üçün "Böyük yeddilik"dən olan tərəfdaşlarımızla birlikdə Yaxın Şərqdə deeskalasiyaya necə töhfə verməyi müzakirə edəcəyik".

TodayPress TV

tag: Avropa,Kallas,Ukrayna,Rusiya,TodayPress TV,