Kallas Ukraynaya rəsmi səfər etdi
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Kiyevə səfər edib.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat onun sosial şəbəkə hesabında yayılıb.
Kallası stansiyada Ukraynanın xarici işlər nazirinin müavini Andrey Sibiqa qarşılayıb.
Aİ rəsmisi bildirib ki, ukraynalılar cəsarətləri ilə dünyanı ruhlandırırlar və onların möhkəmliyi Avropa İttifaqının tam dəstəyini tələb edir.
Kallasın sözlərinə görə, səfərin məqsədi maliyyə və hərbi yardım, Ukraynanın enerji təhlükəsizliyi və Rusiyanın məsuliyyət məsələlərini müzakirə etməkdir.
Türkan İsgəndərli