İtkin düşən şəxsi axtararkən özləri qəzaya düşdülər: Göyərtədə 13 nəfərlə helikopter yerə çırpıldı
Qazaxıstanın Pavlodar vilayətində Mi-8 AMT tipli helikopter sərt eniş edib.
TodayPress TV xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, "Kazaviapas" aviaşirkətinə məxsus helikopter itkin düşmüş şəxsin axtarışı üzrə xilasetmə əməliyyatını həyata keçirərkən Pavlodar vilayətinin Zarya yaşayış məntəqəsi yaxınlığında sərt eniş edib.
Helikopterin göyərtəsində beş ekipaj üzvü və səkkiz sərnişin olmaqla ümumilikdə 13 nəfər olub.
Nazirlik hadisə nəticəsində ölənlərin olmadığını bildirib. Yaralananlarla bağlı məlumat isə dəqiqləşdirilir.
Qiymət Mahir