İtaliya öz vətəndaşlarını İranı tərk etməyə çağırdı
İtaliyanın Xarici İşlər Nazirliyi vətəndaşlarını İranı tərk etməyə çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"Turist kimi İranda olan və ya orada qalmaqları ciddi zərurət daşımayan italyanlara ölkəni tərk etmələri qətiyyətlə tövsiyə olunur", - nazirliyin bəyanatında deyilir.
Məlumatda həmçinin İraq və Livana da səfərlər tövsiyə edilmir.
Aynur TAC