İsveçrə və ABŞ nümayəndələri Vaşinqtonda danışıqlar aparacaq
Dünya
24.02.2026 23:46
İsveçrə və ABŞ Müdafiə Nazirliklərinin nümayəndələri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün fevralın 25-də Vaşinqtonda danışıqlar aparacaqlar.
TodayPress TV xəbər verir ki, bu barədə konfederasiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, konfederasiya nümayəndə heyətinə Müdafiə Nazirliyinin tərkibinə daxil olan İsveçrənin Təhlükəsizlik Məsələləri üzrə dövlət katibliyinin rəhbəri Markus Meder başçılıq edəcək. O, ABŞ müdafiə nazirinin Avropa və NATO məsələləri üzrə köməkçisinin müavini Devid Beykerlə görüşəcək.
Məlumata görə, görüşün məqsədi təhlükəsizlik sahəsindəki vəziyyəti və ikitərəfli əməkdaşlığı müzakirə etməkdir. Əsas diqqət Avropada təhlükəsizlik sahəsindəki vəziyyətə və Transatlantik münasibətlərin inkişafına yönələcək.
Aysel Mətləb
tag: İsveçrə ,ABŞ ,Vaşinqton,Görüş,Todaypress.tv,
