İsveç Ukraynaya mülki yardım edəcək

İsveç Ukraynaya mülki yardım edəcək
29.09.2025 11:45 Dünya

İsveç hökuməti Kiyevə yeni mülki yardım paketi çərçivəsində 122 milyon dollar ayırmaq qərarına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə hökumət kanselyariyası məlumat yayıb.

Bildirilib ki, yeni yardım paketi Ukraynanın ən təxirəsalınmaz ehtiyaclarının ödənilməsinə yönələcək. Bura enerji təchizatı, mənzil, səhiyyə, minalardan təmizləmə, qaçqınlara yardım və müstəqil KİV-lərin dəstəklənməsi daxildir. Ayırılan vəsaitin 15,44 milyon dolları humanitar yardıma yönəldiləcək.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər