İsveç Ukraynaya humanitar yardım ayırır
İsveç hökuməti Ukraynaya 25,31 milyon dollar həcmində humanitar yardım ayırmaq qərarı verib.
TodayPress TV xəbər verir ki, "TASS" məlumat yayıb.
Bildirilib ki, İsveç “Ukraynanın dayanıqlığını qoruyacaq və əhalinin ən həssas təbəqələrinə ümid işığı verəcək tədbirlər paketi” təqdim edir. Hökumətin açıqlamasına əsasən, İsveçin Ukraynaya ümumi hərbi dəstəyi 11,37 milyard dollar, mülki dəstəyi isə 2,7 milyard dollar təşkil edir.
Daha əvvəl İsveç Ukrayna üçün 21-ci hərbi yardım paketini də təsdiqləyib.
Türkan İsgəndərli