İsveç müdafiə xərclərini artırır

İsveç müdafiə xərclərini artırır
05.06.2025 10:48 Dünya

İsveçin müdafiə naziri Poul Conson ölkəsinin müdafiə xərclərinin ÜDM-in 5%-nə çatdırılmasını dəstəklədiyini bildirib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

O qeyd edib ki, bu göstərici Soyuq Müharibə dövründəki səviyyəyə qayıtmaq deməkdir.

Conson İsveçin 2030-cu ilə qədər NATO-nun müdafiə tələblərinə uyğunlaşmağa çalışacağını vurğulayıb.

Qeyd edək ki, mayın sonunda ABŞ-nin rəhbərliyi ilə keçirilən “Swift Response 25” hərbi təlimləri çərçivəsində İsveçin Qotland adasında "HIMARS" sistemlərindən atışlar həyata keçirilib. Təlimlərdə 14 ölkədən 6000-ə yaxın hərbçi iştirak edir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər