İsrailli general: “Xameneinin öldürülməsi ən böyük səhvimiz oldu”

İsrailli general: “Xameneinin öldürülməsi ən böyük səhvimiz oldu”
19.07.2026 14:03 Dünya

İsrail ordusunun ehtiyatda olan briqada generalı Yisrael Ziv ölkəsinin İranla bağlı siyasətini tənqid edib. O, Ali dini lider Ayətullah Əli Xameneinin öldürülməsini İsrail üçün ciddi strateji səhv adlandırıb.

TodayPress TV xəbər verir ki, Yisrael Zivin sözlərinə görə, Xamenei İranın siyasi və hərbi sistemində tarazlığı qoruyan, İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) nəzarətdə saxlayan və nüvə proqramını idarəolunan səviyyədə saxlayan fiqur idi.

Sabiq general bildirib ki, hazırda İsrail daha hərbiləşmiş, nüvə proqramını qətiyyətlə qoruyan və nüvə silahı əldə etmək ehtimalı daha yüksək olan İranla üz-üzədir. Onun sözlərinə görə, Tehran eyni zamanda İsrailin zəif tərəflərini yaxşı tanıyır və bunu beynəlxalq ictimaiyyətə nümayiş etdirə bilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
20 IYUL 2026
Bütün Xəbərlər