İsrailin Qəzzada məktəbə zərbə endirdi

İsrailin Qəzzada məktəbə zərbə endirdi
04.06.2025 11:08 Dünya

İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərindəki məktəbə endirdiyi hava zərbəsi nəticəsində azı 10 nəfər həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Bildirilib ki, zərbə məktəb ərazisində müvəqqəti sığınacaqda qalan köçkünlərin çadırlarına endirilib. Qurbanlar arasında uşaqlar da var, lakin onların sayı açıqlanmayıb.

Qeyd edək ki, İsrail ordusu martın 18-dən etibarən Qəzzada döyüş əməliyyatlarını bərpa edib. Atəşkəsə dair Qətər, Misir və ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsiz qalıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər