İsrailin müdafiə naziri Yəmənə zərbə endirəcəyini açıqladı

İsrailin müdafiə naziri Yəmənə zərbə endirəcəyini açıqladı
02.07.2025 07:10 Dünya

İsrail Yəmənə yeni zərbələr endirmək niyyətindədir.

TodayPress TV xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrail Kats "Ənsar Allah" hərəkatının husi üsyançılarının növbəti raket hücumundan sonra "X" sosial şəbəkəsində yazıb.

"Tehranda ilanın başını vurandan sonra Yəməndə də ilanın quyruğunu vuracağıq. İsrailə əl qaldıran hər kəsin əli kəsiləcək", - deyə o bildirib.

Kats vurğulayıb ki, İsrail İranla necə davranırsa, Yəmənlə də eyni şəkildə davranmaq niyyətindədir.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər