İsrail Trampı nüvə hücumuna razı salacaq?

İsrail Trampı nüvə hücumuna razı salacaq?
04.11.2026 08:13 Dünya

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarında nüvə silahından istifadə ehtimalı yenidən müzakirə mövzusuna çevrilib. Keçmiş yüksək vəzifəli kəşfiyyat rəsmisi İsrailin Trampı bu addıma sövq edə biləcəyini istisna etmir.

TodayPress TV   “Mario Nawfal”  “X”  kanalına istinadən xəbər verir ki,  keçmiş yüksək vəzifəli kəşfiyyat rəsmisi ehtimalın 10%-dən çox olduğunu deyir, İran dövlət televiziyası isə Pickaxe dağına nüvə zərbəsi endirilməsi halında mülki müdafiə qaydalarını yayımlayıb.

Bu ilin əvvəlinə qədər Milli Terrorla Mübarizə Mərkəzinə rəhbərlik etmiş Co Kent hesab edir ki, vəziyyətin məntiqi sadədir: Tramp artıq adi bombalarla çata bildiyi bütün hədəfləri bombalayıb, İran ona razılaşma təklif etməyəcək. Pentaqondan bundan sonra nə qaldığını soruşduqda isə vəziyyəti dəyişə biləcək yeganə cavab Natanz yaxınlığında yerləşən və məhv edilməsinə söz verdiyi dağdır.

Co Kenti ən çox narahat edən məqam İsrailin belə bir addım atmağı təklif edə biləcəyi və Vaşinqtonun buna göz yuma biləcəyi ssenarisidir:

“İsraillilər bu məsələdə, şübhəsiz ki, gözlənilməz amildir”.

O bildirir ki, Trampın hələ də bu yoldan geri çəkilmək imkanı var. Lakin səhər saatlarında aralıq seçkilərdəki ağır məğlubiyyətlə üzləşən, Fars körfəzində üç təyyarədaşıyan gəmisi və artıq sızdırılmış hücum planı olan prezident böyük qələbə axtarışında ola bilər.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər